RU

Şolts Putinlə danışıqları davam etdirməyə qərarlıdır – ÖZƏL

Almaniya kansleri Olaf Şolts, Sosial-Demokrat Partiyası (SPD) tərəfindən növbədənkənar seçkilərdə baş nazirliyə namizəd olaraq irəli sürülməsindən sonra Rusiya prezidenti Vladimir Putinlə danışıqları davam etdirmək  niyyətində olduğunu açıqlayıb.

Olaylar.az xəbər verir ki, Şolts bildirib ki, bu mövqe onun seçki kampaniyasının bir hissəsi deyil və Almaniya vətəndaşları buna daha ciddi yanaşır. 

"Onlar bunun edilməsinin vacib olduğunu düşünürlər və mən də bunu etməyə davam edəcəyəm, çünki biz dünya və təhlükəsizlik məsələlərində çox məsuliyyətli davranmalıyıq," - deyə Şolts ZDF-yə verdiyi müsahibədə vurğulayıb.

Kansler həmçinin bildirib ki, tərəflər arasında anlaşmazlıq olduqda danışmaq vacibdir, lakin tək bir telefon danışığı ilə sülh əldə etmək mümkün deyil. Şolts, Putinin Ukrayna mövzusundakı mövqeyinin dəyişmədiyini də qeyd edib. O, həmçinin əlavə edib ki, o, Avropadakı bəzi siyasətçilərdən fərqli olaraq, Putin və Trump arasındakı əlaqələrin bərpasının ona tamamilə laqeyd olmadığını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
3
olaylar.az

1Источники