RU

Qardaş həmrəyliyi də Premyer Liqa təmsilçilərinin dadına çatmadı

Premyer Liqanın 14-cü turu qardaşların eyni gündə fərqlənməsi ilə yadda qaldı.

Söhbət "Sabah"ın şərəfini qoruyan Coy-Lens Mikels və "Şamaxı"nın vingeri Leroy Mikelsdən gedir.

Biri Tovuzda, digəri Sumqayıtda rəqib torunu silkələməyə müəssər oldu.

Bu, Leroyun mövsümdə üçüncü qolu idisə, böyük qardaş 6-cı dəfə qol sevinci yaşayırdı.

Amma onların bir turda və hətta eyni gündə qol sevinci ilk dəfə idi yaşanırdı.

Yəqin ki, xoş xatirə kimi hər zaman yadda qalacaq.

Amma kədərilə birgə.

Çünki qardaşların vurduğu qollar komandalarının dərdinə məlhəm ola bilmədi.

"Sabah" çox əhəmiyyətli matçda yenə qələbə üzünə həsrət qaldısa, "Şamaxı" Sumqayıt səfərində üstünlüyü əldən verərək xalsız evə qayıtdı.

XANOĞLAN/ SPORTİNFO.AZ

Избранный
7
sportinfo.az

1Источники