RU

Yeni fərman: Bu şəxslərə ordudan möhlət hüququ verildi

Rusiya Prezidenti Vladimir Putin Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Xüsusi Texniki Mərkəzinin elmi-tədqiqat bölmələrində işləyən universitet məzunlarının hərbi çağırışdan möhlət ala biləcəyi barədə fərman imzalayıb.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, müvafiq sənəd FTX-nin rəsmi saytında dərc olunub.

Əvvəllər ilk peşə-ixtisas və orta ixtisas təhsili müəssisələrini bitirmiş rusların hərbi xidmətə çağırışdan möhlət hüququ var idi. Hazırkı fərmanda bu hüquq “peşə təhsili təşkilatlarını və (və ya) ali təhsil müəssisələrini” bitirmiş şəxslərə verilir.

Adəm

Избранный
22
publika.az

1Источники