RU

Azərbaycanda “Yaşıl büdcə” xərcləri artırılır –Hansı imkanlar vəd edir?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Azərbaycan hökuməti iqlim dəyişiklikləri və ətraf mühitin mühafizəsi ilə bağlı konkret addımlar atmağa başlayıb.

Banco.az xəbər verir ki, "Yaşıl büdcə" konsepsiyası çərçivəsində məqsədli islahatlar həyata keçirilir və bu istiqamətdə əhəmiyyətli maliyyə resursları ayrılır. Maliyyə naziri Samir Şərifovun Milli Məclisdə verdiyi məlumata görə, 2025-ci ildə bu məqsədlər üçün 1,3 milyard manat vəsait ayrılması planlaşdırılır.

Bu vəsaitin əsas istiqamətləri belədir:

1 milyard manat  iqlim dəyişikliklərinə uyğunlaşma (adaptasiya) və qarşısının alınması (mitiqasiya) tədbirlərinə yönəldiləcək, 300 milyon manat isə Ətraf mühitin mühafizəsi tədbirlərinə sərf olunacaq.

Azərbaycan hökuməti həmçinin 2022-2026-cı illər üçün Sosial-İqtisadi İnkişaf Strategiyası çərçivəsində "yaşıl büdcə" elementlərini daha da genişləndirməyi planlaşdırır. Bu, təkcə ekoloji problemlərin həllini deyil, həm də kənd təsərrüfatı sektorunun dayanıqlığını artırmağı hədəfləyir.

Ən sərfəli kredit üçün müraciət et

Избранный
20
banco.az

1Источники