RU

“Qərbdə ölkəmiz əleyhinə aparılan kampaniyaların heç bir əhəmiyyəti ola bilməz“ - ŞƏRH OLUNDU

“Dünyadakı ən böyük faciələrdən biri vətənsiz, millətsiz xainlərin başqa ölkələrin ərazisində cəmləşərək, oradan öz millətinə düşmən kəsilməsidir. Pul üçün şərəfini, mənliyini hərraca çıxaran söyüş müxalifətinin bu gün Avropanın müxtəlif mərkəzlərində, Fransa və Ermənistan xüsusi xidmət orqanlarının əlində oyuncağa çevrilməsi təəssüfedici məqamdır. Lakin Azərbaycan xalqı sayı bir əlin barmaqlarını keçməyəcək bu xainlərin sözlərindən sarsıla bilməz”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.O bildirib ki, Azərbaycanda güclü xalq-dövlət birliyi var: “Bu birliyin ən gözəl nümunəsini biz 44 günlük Vətən müharibəsində gördük. Həmin dövrdə xalqımız öz dövləti ilə əl-ələ verərək bütövlüyü, birliyi və vəhdəti təmin etdiyini nümayiş etdirdi. Amma bu cür xain adamlar həm 44 günlük Vətən müharibəsi dövründə, həm də sonrakı zamanlarda Azərbaycan əleyhinə Ermənistanın, Fransanın və Qərbdəki anti-Azərbaycan dairələrinin əlində pul ilə “hürdürülən” itlərə çevriliblər.Bu gün ölkəmizin necə böyük bir ölkə olduğu, qlobal tədbirlərə uğurla ev sahibliyi etməsi faktı ortadadır.Ölkəmiz əleyhinə Avropa və Qərbdə məskunlaşan, özünü söyüş müxalifətinin nümayəndələri kimi təqdim edən adamların apardığı kampaniyaların heç bir əhəmiyyəti ola bilməz. Azərbaycan güc faktorudur, dövlətimizin beynəlxalq münasibətlər sistemində böyük hörməti mövcuddur. Ölkəmiz əleyhinə bu tip adamların qızışdırılmasının Azərbaycanın uğurlarına, dövlətimizin bundan sonra atacağı addımlara hər hansı təsirləri əlbəttə ki, mövcud ola bilməz”.

Müəllif: Səbinə Hüseynli

Избранный
33
1
sesqazeti.az

2Источники