RU

Gürcüstanda prezident seçkilərinin vaxtı açıqlanıb

Gürcüstanda prezident seçkilərinin dekabrın 14-də, andiçmə mərasiminin isə dekabrın 29-da keçiriləcəyi ehtimal edilir.

Modern.az xəbər verir ki, bu barədə 11-ci çağırış parlamentin spikeri Şalva Papuaşvili bildirib.

Yekun qərar parlamentin bugünkü iclasında qəbul ediləcək.

Gürcüstan prezidentini ilk dəfə əhali deyil, Seçicilər Kollegiyası seçəcək. Konstitusiyaya əsasən, kollegiya 300 nəfərdən, o cümlədən Gürcüstan parlamentinin 150 deputatından, Acarıstan və Abxaziya Muxtar Respublikasının (mühacirətdə) Ali Şuralarının üzvlərindən ibarətdir. Bu il yerli özünüidarəetmə orqanlarından olan 109 nəfər kollegiya üzvü Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi kvotalar üzrə müvafiq siyasi partiyaların namizədlərini irəli sürəcək. Kvotalar proporsional coğrafi təmsilçilik prinsipinə uyğun olaraq və 2021-ci ildə keçirilmiş yerli özünüidarəetmə orqanlarına seçkilərin nəticələrinə əsasən proporsiyalar üzrə müəyyən edilir. Seçki Şurasının tərkibini Mərkəzi Seçki Komissiyası təsdiq edəcək.

Müxalifət partiyaları 11-ci çağırış parlamentin legitimliyini tanımadıqları üçün müxalifətdən olan 61 deputatın səsvermədə iştirak etməyəcəyi ehtimal edilir. Yerli hökumətlərdən müxalifət nümayəndələrinin səsvermədə iştirak edib-etməyəcəyi hələlik bəlli deyil.

Избранный
12
modern.az

1Источники