RU

Sığorta bazarı üzrə yığımlar 1,11 milyard manata çatıb

2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan sığorta bazarı üzrə yığımlar 9% və ya 93 milyon manat artaraq 1 milyard 112 milyon manata çatıb.

"İki sahil" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu dövrdə həyata keçirilən sığorta ödənişlərin həcmi 36,7% artaraq 622 milyon manata yüksəlib.

Sığorta bazarının zərərlilik göstəricisi artıb. Belə ki, ötən ilin ilk 10 ay ərzində toplanmış hər 100 manat sığorta haqqının 44,6 manatı ödənişə yönəldilibsə, bu ilin eyni dövründə bu rəqəm 55,9 manata yüksəlib.

Избранный
5
3
ikisahil.az

5Источники