RU

Bu müharibəni heç Tramp da dayandıra bilməyəcək - Hərbi ekspertin DƏHŞƏTLİ PROQNOZU

Qərb dövlətləri nəinki Rusiyada hərbi strateji obyektlərin vurulmasında birbaşa iştirak edirlər,  hətta Ukraynaya birgə qoşun göndərilməsi də müzakirə olunur. Rusiyanın cavab addımları da olduqca dəhşətlidir. Hətta bunün üçüncü dünya müharibəsinə gətirib çıxara biləcəyi müzakirə olunur. Tramp bu gedişatı  dayandıra biləcəkmi?

Mövzu ilə bağlı Sitat.info-ya danışan hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki, dünyada baş verən proseslər hər birimizi narahat edir: ”Rusiya-Ukrayna müharibəsində son hadisələr dünyanın diqqət mərkəzindədir. Tərəflər ən ağır silahlardan, qərarlardan yararlanmağa başlayıblar. Rusiyanın bu qitələrarası ballistik  raketdən istifadəsi, o cümlədən Ukraynaya verilən Rusiyanın dərinliklərinə zərbələrin vurulması məsələsi - hamısı narahatedicidir. BMT hələ də bu müharibənin qarşısını almaqda acizlik göstərir. Tramp 2025-ci il yanvarın 20-dən səlahiyyətlərin icrasına başlayacaq. Əlbəttə ki, o dövrə qədər xeyli vaxt var. Bu müddət ərzində biz çox məsələlərin şahidi olacağıq".

Ü.Cəfərov vurğuladı ki, tərəflər sakitləşmək istəmirlər və qərarı təcavüzü başlayan dövlət verməlidir: "Təcavüzü başlayan da Rusiya rəhbərliyidir. Bu gün yenə də Rusiya tərəfindən onların guya danışıqlara hazır olması ilə bağlı boğazdan yuxarı növbətçi ifadələr eşidirik.Ukrayna təcavüzə məruz qalıb. Ukraynanın şərti budur ki, Rusiya qoşunları Ukrayna ərazisindən çıxmalıdır və müharibə bu zaman dayanacaq. Tərəflər masa arxasına keçə bilərlər. Amma Rusiyanın elə tələbləri, elə absurt iddiaları var ki, o heç vaxt müharibəni dayandıra bilməyəcək. Hətta Tramp hakimiyyətə başlayacağı təqdirdə də mümkün görünmür. Yəni 2025-ci ilin yanvarında o, yalnız çağırışlar edə bilər, yalnız müəyyən təzyiqlərə əl ata bilər .Bu da müharibənin dayanmasına gətirib çıxarmayacaq”.

Hərbi ekspert qeyd edib ki, Qərb dünyası Ukraynanın bölünməsinə getməyəcək: "Bəziləri deyir ki, Ukrayna parçalanır, Ukrayna buna hazır olmalıdır. Ukrayna isə rəsmi olaraq açıq şəkildə deyib ki, onlar heç vaxt ərazi itkisi ilə barışmayacaqlar. Bəli,Ukraynanın çox böyük itkiləri var və onlar üçün çox çətindir. Həm insan resursları baxımından,  həm maddi resurslar baxımından. Amma dünya da bilir ki, Ukrayna məsələsində onlar Rusiyaya güzəşt gedəcəklərsə, Rusiyanın istəkləri olacaqsa,  bundan sonra Rusiya daha başqa addımlara əl atacaq. Ona görə də,  mənə elə gəlir ki, dünya buna imkan verməyəcək”.

Ekspertin sözlərinə görə, hətta 2025-ci ildə də, növbəti ildə də müharibənin davam etməsinin şahidi olacağıq: "Müharibə hər iki tərəfi həm maddi, həm də fiziki cəhətdən yorub. Hər iki tərəf nəfəs almağa çalışır. Amma görünən odur ki, tərəflər bir-birinə güzəşt getmək niyyətində deyillər və bundan sonrakı dönəmdə də tərəflər arasında müharibə  daha da güclənəcək, daha da şiddətlənəcək. Sonda isə həmişə olduğu kimi demişəm ki, ədalət qalib gələcək. Ədalət də Ukraynanın ərazi bütövlüyü, suverənliyi tam şəkildə təmin olunana qədər bu mübarizə ola bilsin bir qədər aktiv, bir qədər passiv, bir qədər şiddətli mövqe döyüşlərinə gətirib çıxaracaq”.

Ü. Cəfərovun fikrincə,  sonda dünya Ukraynanın tələbləri ilə razılaşmalı olacaq: "İndi heç bir halda Rusiyanın ambisiyaları təmin oluna bilməz, çünki bu sonrakı dönəmdə Avropa və dünya üçün çox böyük fəlakətlərlə müşayiət olunacaq. Buna isə heç bir halda yol vermək olmaz. Bunu da böyük siyasətçilər, eləcə də Trampın özü də, Fransası da, Almaniyası da digər ölkələr də çox yaxşı başa düşürlər”.

        Aytac Baxış

         Sitat.info

Избранный
11
1
sitat.info

2Источники