RU

AMB: "Fintexlərin və digər ödəniş xidməti təchizatçılarının sistemlərə inteqrasiyası uğurla həyata keçirilir"

Rəqəmsal ödənişlərin təhlükəsiz şəkildə fəaliyyəti üçün AMB öz üzərinə düşən vəzifələri yerinə yetirir. 

FED.az xəbər verir ki, bunu Mərkəzi Bankın ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Fuad Səbziyev bu gün keçirilən “Turan E-ticarət və E-İxracat Forumu”nda deyib. 

"Ümumiyyətlə biz hal-hazırda rəqəmsallaşdırılma ilə bağlı müzakirələr aparırıq, bu rəqəmsal forumdur və bu zaman biz rəqəmsal ödənişlər sahəsinə toxunuruq. Burda mən bildirmək istəyirəm ki, AMB mandatından irəli gələrək bizdə 3 fərqli istiqamət var bu maliyyə, qiymətlərin stabilliyi və ödəniş sistemlərinin fəaliyyətinin təhlükəsizliyinin təmin olunmasıdır. Ən əsası mən sonuncu məqama toxunmaq istəyirdim, bu ödəniş sistemləri haqqında fəaliyyətdir.

Cari dünyada bütün rəqəmsal ödənişlər kart üzərindən həyata keçirilir və bizdə iki sistem yaradılıb, banklar arası kart mərkəzi və ali ödənişlər sistemi. AMB olaraq bu istiqamətdə üzərimizə düşən vəzifələri yerinə yetiririk. Bu yöndə qeyd etmək istəyirəm ki,  fintexlərin və digər ödəniş xidməti təchizatçılarının sistemlərə inteqrasiyası uğurla həyata keçirilir.

Hal-hazırda 20-dən çox ödəniş xidməti təchizatçısı lizensiya alıb. Onların fəaliyyətini tənzimləmək üçün Azərbaycan Mərkəzi Bankı xüsüsi rejim tətbiq edir və bu rejim bazarın tələblərinə uyğun yeni məhsul və xidmətlərin  təqdim edilməsinə zəmin yaradır" - deyə o bildirib.

Избранный
13
fed.az

1Источники