"İnter Mayami"nin sahibi Devid Bekhemin həyat yoldaşı Viktoriya Bekhem 50 yaşında da gözəl görünməsi ilə diqqət çəkir.
Publika.az xəbər verir ki, dünya səviyyəli dizayner sirrini "Daily Mail"ə açıqlayıb.
Viktoriya dəri problemlərinə görə ət yeməkdən imtina edib və ciddi pəhrizə keçib. Gəncliyində dərisindəki sızanaqlardan əziyyət çəkib. Müğənni müəyyən növ buğda unlarını da istehlak etmir.
Adətən evdə yeməkləri Devid bişirir. Viktoriya bunu sonuncu dəfə 2003-cü ildə edib.
“Qızım Harper zarafat edir ki, mən hətta suyu yandıra bilərəm. Ona görə də bunu etməsəm, bəlkə də hamı üçün daha yaxşı olar”, – Viktoriya bildirib.
Bekhem həyat yoldaşının əsasən eyni yeməkləri - qızardılmış balıq və buxarda bişmiş tərəvəz yediyini söyləyib