RU

Ali Radanın komitə sədri: COP29 nəticələrini yüksək qiymətləndirirəm

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) nəticələrini yüksək qiymətləndirirəm.

Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Ali Radasının Ekoloji Siyasət və Təbiətdən İstifadə məsələləri üzrə Komitəsinin sədri Oleq Bondarenko bildirib.

“Konfransın ən mühüm qərarlarından biri yeni iqlim hədəfinin müəyyən edilməsi olub. Bu, Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin dəstəklənməsi, Milli Uyğunlaşma Planlarının həyata keçirilməsidir. Eləcə də, bura iqlim dəyişikliyi ilə mübarizədə ambisiyaların artırılması şərtilə 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələr üçün ildə 300 milyard ABŞ dollarının toplanmasıdır”, - komitə sədri vurğulayıb.

Onun sözlərinə görə, konfransda bir neçə mühüm qərar qəbul edilib: “Buraya uyğunlaşma üzrə qlobal hədəf, Paris Sazişinin 6-cı Maddəsi üzrə yeni bazar mexanizmlərinin yaradılması, kənd təsərrüfatında istixana qazı emissiyalarının azaldılması üzrə iş proqramının hazırlanması ilə bağlı məsələlər də daxildir”.

Əlavə edib ki, Ukrayna bu qərarları alqışlayır: “Rusiyanın Ukraynaya qarşı tammiqyaslı müdaxiləsinə baxmayaraq, 2050-ci ilə qədər iqlim neytrallığına nail olmaqla bağlı öhdəliyi götürməyə hazırıq”.

Bildirib ki, Ukrayna üçün Konfransda qəbul edilmiş qərarlar – onun iqlim planlarının və layihələrinin həyata keçirilməsi üçün vəsait, eləcə də “yaşıl enerji”, “yaşıl bərpa” və iqlim dəyişikliyinə uyğunlaşma üçün beynəlxalq maliyyə institutlarından maliyyə əldə etmək imkanıdır: “Bununla yanaşı, buraya Paris Sazişinin 6-cı Maddəsi çərçivəsində investisiyalar cəlb etmək də daxildir”.

Komitə sədri bir daha vurğulayıb ki, Azərbaycana COP29-un ən yüksək səviyyədə hazırlanmasına və keçirilməsinə, həmçinin Ukraynaya daimi və uzunmüddətli dəstəyinə görə təşəkkür edir.

Избранный
33
2
ekologiya.az

3Источники