RU

Rəis, yoxsa Baş mühəndis? - Həbs xəbəri yayılan idarə rəisi deyil 

"Suraxanı rayon Sukanal İdarəsinin sabiq rəisi həbs edilməyib. Bu idarənin Baş mühəndisi  Mehman Haşımov saxlanılıb. Bu xəbəri isə ilk dəfə Mia.az sayı bu ilin sentyabrında yayıb. Yəni, "Qafqazinfo" saytının  bu gün yaydığı xəbər nə yenidir, nə də doğru...".

Bu məlumat Mia.az-a Su Ehtiyyatları Agentliyinin adının çəkilməsini istəməyən əməkdaşı deyib.

O bildirib ki, M.Haşınov saxlanılan vaxtı Suraxanı Sukanal idarəsinin rəisi də vəzifədən azad edilib: "Həmin vaxtı Xətai Sukanal idarələrinin baş mühəndisi Əbülfəz Mamayev və Nərimanov Sukanal idarəsinin baş mühəndisi Ramiz Əliyev də vəzifədən çıxarılıb. Hətta onların da istintaqa cəlbi haqda xəbərlər vardı..."

https://www.mia.az/w1070936/1070936

Mia.az onu da xatırladır ki, təxminən bir ay əvvəl "Bakı Sukanal" MMC-nin rəisi də vəzifədən azad olunub: "Zaur Mikayılov "Bakı Sukanal" MMC-nin rəisi, məşhur Habil Quliyevi "taxtdan salıb", onun yerinə isə Rauf Osmanov gətirilib. Rauf Osmanov yüksək vəzifə təyinatına qədər Səbail Sukanal idarəsinin rəisi idi...".

MİA.AZ

Избранный
17
2
mia.az

3Источники