RU

Pensiyaya çıxandan qısa müddət sonra ölürlər - Deputat pensiya təminatı məsələsinə yenidən baxılmasını istəyir

"Sosial müdafiə və sosial təminat xərclərində artım yetərli deyil".

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Arzuxan Əlizadə deyib.

Onun sözlərinə görə, bu büdcə 2023-cü il büdcəsi ilə müqayisədə 12.4, 2024-cü illə müqayisədə isə cəmi 9,6 faiz artımı nəzərdə tutur.

A.Əlizadə qeyd edib ki, hökumətin pensiya təminatı məsələsinə yenidən baxması lazımdır. 

"Pensiya yaşının yuxarı olması səbəbilə bir sıra hallarda uzun illər işləyib əmək haqqından müvafiq ödəmələr edən şəxslər pensiya yaşı çatmadan və ya pensiyaya çıxandan qısa müddət sonra  dünyasını dəyişirlər. Konkret rəqəmlərə baxsaq görərik ki, 2021 ci ildə ölkədə pensiyaçıların sayı 1.228.800 nəfər, 2022-ci ildə 1.200.500 nəfər, 2023- cü ildə 1.114.000 nəfər və nəhayət 2024-cü ildə 1.098.000 nəfər olub. Yəni pensiyaçıların sayının hər keçən il azaldığı müşahidə olunur". 

Deputat pensiyaya çıxan hər bir şəxsin pensiya fondunda yığılmış vəsaitinin müəyyən bir qisminin birdəfəlik ödənilməsinin daha düzgün yanaşma olduğunu nəzərə çatdırıb:

"Təbii ki, pensiya yaşının azaldılması zamanı ayrı-ayrı sahələr üzrə mütəxəssislərin pensiyaya çıxmasında könüllülük prinsipi də tətbiq olunmaldıır. Məsələn 65 yaş müəllim və həkimlərin mütləq şəkildə pensiyaya çıxmasını şərtləndirməməlidir. Düzdür, bu kateqoriyadan olan insanımız 70 yaşa qədər hər il 1 illik müqavilə əsasında işdə qala bilirlər. Amma bu özü də bir sıra hallarda ki, neqativ halların yaranmasına səbəb olur".

Mina Mikayılova

Избранный
5
bakivaxti.az

1Источники