RU

"Arsenal"ın sabiq futbolçusuna silahlı hücum etdilər

style='margin-bottom:10px;'>

“Arsenal”ın və “Yuventus”un sabiq hücumçusu Dane Niklas Bendtner Nyu-Yorkda silahlı hücuma məruz qalıb.

QOL.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Danimarka millisinin keçmiş oyunçusu başqa bir sabiq futbolçu ilə şəhərdə gəzərkən onlara bıçaqlı bir şəxs hücum edib. Bendtnerin dostu üzündən və qulağından aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən şəxs saxlanılıb. O, adam öldürməyə cəhd və hücumla ittiham olunub. Həmçinin bildirilir ki, hücum edən şəxs psixi xəstəliklərdən əziyyət çəkir.

Qeyd edək ki, Bendtner 2020-ci ilin yanvarında karyerasını başa vurub. 36 yaşlı sabiq futbolçu “Arsenal”, “Yuventus” və “Volfsburq” komandalarındakı çıxışı ilə tanınır. Niklas 2006-2018-ci illərdə Danimarka millisində oynayıb. Onun son klubu "Kopenhagen" olub.

Избранный
17
1
teleqraf.com

2Источники