RU

Azərbaycan Rusiyada Beynəlxalq Ticarət və Logistika Forumunda təmsil olunacaq

Bakı. Trend:

Azərbaycan 2024-cü il dekabrın 5-6-da Ulyanovsk şəhərində“Rusiyada işgüzar mühit” Biznes Forumu çərçivəsində keçiriləcək“Orta Volqa - Xəzər dənizi” Beynəlxalq Ticarət və LogistikaForumunda təmsil olunacaq.

Trend forumuntəşkilatçılarına istinadla xəbər verir ki, tədbir Rusiya ilə Xəzərregionu ölkələri, o cümlədən, Azərbaycan, Türkmənistan, İran vəİraq arasında ticarət-iqtisadi əlaqələrin inkişafına yönəlib.

Forumun əsas məsələlərindən biri Orta Volqa limanlarındanmalların Fars körfəzinə birbaşa çatdırılmasını təmin edən“Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsi olacaq ki, bu da ticarətəlaqələrinin və logistika infrastrukturunun möhkəmləndirilməsinəimkan verəcək.

Forum cənub ölkələrinə dəniz, çay, dəmir yolu, hava və avtomobilnəqliyyatı ilə yük daşıyan aparıcı nəqliyyat və logistikaşirkətlərini bir araya gətirəcək. Tədbirdə, həmçinin maliyyəxidmətləri göstərən şirkətlər, gəmi sahibləri, habelə Rusiya, İranİslam Respublikası, Azərbaycan, Türkmənistan, Hindistan, BirləşmişƏrəb Əmirlikləri və Səudiyyə Ərəbistanının liman idarələrininnümayəndələri iştirak edəcəklər.

“Orta Volqa - Xəzər dənizi” forumu region ölkələri arasındalogistika və yüklərin daşınması sahəsində təcrübə mübadiləsi vəəməkdaşlıq üçün yeni imkanların tapılması üçün mühüm platformayaçevriləcək. O, infrastruktur və ticarət sahəsində inteqrasiyanıninkişafına, qarşılıqlı ticarət axınının həcminin artırılmasına vəbiznes mühitinin yaxşılaşdırılmasına kömək edən nəqliyyatdəhlizlərinin təkmilləşdirilməsinə yönəlib.

Forum Ulyanovsk vilayəti hökuməti və “Afanasi Nikitin”Assosiasiyası tərəfindən təşkil olunacaq.

Избранный
33
4
az.trend.az

5Источники