Rusiyalı müğənni Aleksandr Buynovda xərçəngin son mərhələsi aşkarlanıb.
Gundem.az BAKU.WS-a istinadən xəbər verir ki, həkimlər sənətçinin yaxşılaşma ehtimalının olmadığını bildiriblər.
Bildirilib ki, Buynov prostat xərçəngindən əziyyət çəkir. Vəziyyəti pisləşdiyi üçün o, Moskva xəstəxanasına yerləşdirilib.
Sənətçiyə xəstəlik ilk dəfə 2000-ci illərdə aşkar edilib. Həkimlər musiqiçinin üzərində dəfələrlə əməliyyat keçirib, metastazları aradan qaldırıblar.
Xatırladaq ki, Buynov karyerasına hələ sovet illərində başlamış və ilk geniş şöhrətini "Şən yoldaşlar" ansamblının tərkibində qazanmışdı. 90-cı illərdə solo ifa etməyə başlayıb və ən məşhur mahnılarını buraxdı: "Padayut list"ya", "Pust"", "Gor"kiy med", "YA znal lyubov" və s.