19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayıb.
İdman.biz xəbər verir ki, yığmamız bu gün ilk oyununu keçirib.
B Liqasının 5-ci qrupunda yer alan millimiz İsveçrə yığması ilə üz-üzə gəlib. Qarşılaşma Kiprin “Kouklia Community” stadionunda təşkil olunub. Həbib Ağayevin yetirmələri bu matçda böyük hesabla uduzublar – 0:7.
Qeyd edək ki, qrupun digər görüşündə Kipr və Estoniya qarşılaşacaq.
Avropa çempionatının seçmə mərhələsi
B liqası, 5-ci qrup
I tur, 26 noyabr
13:00. İsveçrə (U-19) - Azərbaycan (U-19) – 7:0
Baş hakim: Kristina Kozoroh (Ukrayna)
Qollar: Aida Requsa, 3, 68, Nevia Ştub, 39, Emilia Meçe, 46, Yanna Eqli, 51, 64, Lia Kamber, 77
Kouklia Community stadionu
İdman.biz