RU

"Azərbaycan adına daha böyük uğurların şahidi olacağıq" - Ramin Hacılıdan COP29 açıqlaması

"Azərbaycanın COP29-a uğurlu şəkildə ev sahibliyi etməklə dünyanın ölkəmizə olan etimadını doğrultdu".

Qaynarinfo xəbər verir ki, bunu Azərbaycan Avropa Hərəkatının sədri, ictimai fəal, hazırda həbsdə olan Ramin Hacılı bildirib. 

Onun sözlərinə görə, bu tədbirdən sonra dünya gördü ki, artıq Azərbaycana bütün qlobal məsələlərdə etimad etmək olar.

"Dünya gördü ki, Azərbaycan bəşəriyyətin gələcəyi ilə bağlı bir tədbir təşkil etməyə və prosesi uğurla davam etdirməyə qadirdir. Azərbaycan artıq bütün məsələlərdə söz deyə biləcək bir dövlətə çevrilib və qlobal problemləri həll etməyə gücü var. 

Mən başda Prezident İlham Əliyev olmaqla bu tədbiri təşkil edənlərə təşəkkürümü bildirirəm. Onları bu uğura görə təbrik edirəm. Düşünürəm ki, Azərbaycana qarşı neqativ kampaniyalara, qısqanclıqlara baxmayaraq, ölkə rəhbərliyi bu çətin işin öhdəsindən uğurla gəldi. İnanıram ki, Azərbaycan adına daha böyük uğurların şahidi olacağıq", deyə Ramin Hacılı bildirib.
Избранный
24
qaynarinfo.az

1Источники