RU

Deputat: “Qazaxın işğaldan azad olunan 4 kəndi də yüksək səviyyədə bərpa olunacaq”

“Qazaxın işğaldan azad olunan 4 kəndi də yüksək səviyyədə bərpa olunacaq”.

FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu deputat Səməd Seyidov Milli Məclisin bu gün keçirilən plenar iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı bildirib.  

“Xarici siyasət həmişə daxili siyasətin məntiqi davamıdır. Bu gün Qazaxın 4 kəndi işğaldan azad edilib. Bilirəm ki, hökumət bu istiqamətdə işlər görür. Bu kəndlər də yüksək səviyyədə bərpa olunacaqlar.

Təbii ki, Qazaxda da problemlər var. Bəzi yollar asfaltsızdır. Maliyyə ili yekunlaşdığına görə maliyyə ayrılmadı. Gözəl işlərin yanında bu xırda problemlər də öz həllini tapmalıdır. Hökumətdən bu məsələlərin də həll edilməsini xahiş edirəm”, - deyə deputat bildirib.

Избранный
9
fed.az

1Источники