RU

Gürcüstan müxalifəti alternativ parlament yaradır

Parlament seçkilərində 14 deputat mandatı qazanan “Güclü Gürcüstan” koalisiyası digər müxalifət partiyaları ilə birlikdə alternativ parlamentin yaradılmasını dəstəkləyib.

Yenisabah.az xəbər verir ki, partiya liderlərindən biri olan Mamuka Xazaradze bildirib:

“Seçki nəticələrinin saxtalaşdırıldığını nəzərə alaraq, alternativ siyasi mərkəzin yaradılması təşəbbüsü ilə çıxış edirik və Qərb tərəfdaşlarımızı alternativ parlamenti tanımağa çağırmaq niyyətindəyik”.

Xazaradzenin sözlərinə görə, belə bir mərkəzin yaradılması əsasən müxalifət partiyalarına səs vermiş yüz minlərlə seçicinin siyasi təmsilçilikdən kənar qalmamasına yönəlib.

Son seçkilərdə dörd müxalifət partiyası parlamentdəki 150 mandatdan ümumən 61-ni qazanıb. Bütün müxalifət partiyaları bu mandatları almaqdan imtina edirlər, çünki onların fikrincə, seçkilər saxtalaşdırılıb.

“Cebheinfo.az” 

 

Избранный
17
cebheinfo.az

1Источники