RU

Premyer Liqa klubu kredit almaq üçün banka müraciət etdi

Premyer Liqada qalmaq uğrunda mücadilə verən «Kəpəz» yeni maliyyə axtarışına çıxıb.

Gəncə klubunun rəhbərliyi vəsait əldə etmək üçüe borclanmağa hazırdır.

«Sarı-göylər» bu məqsədlə yerli banklardan birinin qapısını döyüb. 100 min miqdarında kredit istənilib.

Artıq tərəflər arasında müəyyən razılaşma əldə olunub. «Kəpəz» alacağı pulu bir neçə il ərzində - hissə-hissə geri qaytaracaq.

Nizami yurdunun təmsilçisi 14 tura 7 xal toplayıb. I Liqaya yuvarlanmağa ən real namizəd sayılan bölgə təmsilçisinin aktivində cəmi 7 xal var.

SPORTİNFO.AZ

Избранный
6
sportinfo.az

1Источники