RU

Azərbaycan həm də Avropa və Asiyanın enerji təhlükəsizliyində mühüm rol oynayır- ÖZƏL

"COP29-un Bakıda keçirilməsi yalnız ekoloji deyil, həm də geosiyasi baxımdan mühüm bir hadisədir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Hüseynli deyib: "Bu tədbir Azərbaycanın qlobal diplomatiyada artan rolunu göstərdi. Bu, məhz onunla əlaqəlidir ki, Azərbaycan təkcə Cənubi Qafqazda deyil, həm də Avropa və Asiyanın enerji təhlükəsizliyində mühüm rol oynayan  aktorlardan biri kimi tanınır. Prezident İlham Əliyevin iqlim dəyişiklərindən daha çox əziyyət çəkən və kolonializmin buxovlarında çabalayan kiçik ölkələrin problemlərinə xüsusi diqqət yönəltməsi iqlim ədalətsizliyinə qarşı həmrəyliyin əldə olunmasına ən böyük töhfədir. Bakıda keçirilən tədbirdə iqlim dəyişikliyinin təsirləri ilə mübarizə aparan yoxsul ölkələri dəstəkləmək üçün zəngin ölkələr tərəfindən hər il 300 milyard dollar vəsait ayrılması barədə razılıq əldə olunub. Həmçinin, Yeni Kollektiv Kəmiyyət Məqsədi (NCQG) çərçivəsində COP-un İtki və Zərər Fondunun 2035-ci ilə qədər 1,3 trilyon dollara çatdırılması hədəf kimi götürülüb ki, bu da maliyyə konfransı kimi tarixə düşən COP29-un ən böyük nailiyyətidir. Bu kontekstdə Fransa prezidenti Emmanuel Makron başda olmaqla iqlim dəyişikliyi problemlərinə daha çox cavabdeh olan bir sıra Avropa və Qərb liderlərinin COP29-da iştirak etməməsi məsuliyyətsizlik kimi qiymətləndirlilməsi isə tamamilə məntiqlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
24
olaylar.az

1Источники