RU

Mövsümünü gözləməyən meyvə və tərəvəzlərin ZƏRƏRLƏRİ: ŞİŞ VƏ YA XƏRÇƏNG...

 Marketlərdə, bazarlarda mövsümü olmayan meyvə-tərəvəzlərə mütəmadi olaraq rast gəlirik.  Biz onları sağlamlıq üçün alıb istifadə etsək də xeyrindən daha çox zərərinin olmasından xəbərsizik. Bəs görəsən istixanalarda, gübrə ilə yetişdirilən bu meyvə və tərəvəzlərin bizə nə kimi zərərləri var? 
 
 
 Mövzu ilə bağlı terapevt, fitoterapevt Elnur Eldaroğlu Moderator.az-a danışdı. 
 
"Əslində mövsümündə yetişən meyvələrin öz özəllikləri var ki, insan orqanizmi həmin fəsildə tez-tez yayılan bir çox xəstəliklərə qarşı orqanizmin dözümlüyünü artıra bilsin. O meyvələrin arasında Azərbaycanda yetişənləri də var, xaricdən gətirilənlər də. Bəzi meyvə və tərəvəzlərdə istifadə olunan pestisidlərin hər hansı bir kimyəvi maddələrin hesabına orqanizmin, xüsusilə daxili orqanlarına, qaraciyər və böyrək üzərindən hepatotoksik nefrotoksiki təsir xüsusiyyətlərinə malik olan maddələri qəbul etmiş olurlar. Bu maddələr hər gün qida rasionu olaraq davam etdiyinə görə hər hansı bir meyvə və yaxud tərəvəzin qəbulu zamanı orqanizmdə toplanır, ondan sonra bir kumul başlayır. Hətta bir müddət sonra istifadə olunmadığı müddətdə o özünün yenidən yan təsirlərini yarada bilir. Həmçinin, bir çox neoplastik proseslərin yeni şiş, yaxud da xərçəng hüceylərinin inkişafının artmasında bu tipli məhsulların kifayət qədər zərərli təsirləri var. Məsləhət görərdim ki, biz də mövsümündə təbiətin yetişdirdiyi məhsullardan istifadə edək ki, orqanizmin fiziologiyası ona uyğun hərəkət edə bilsin".
Избранный
12
moderator.az

1Источники