1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Rusiya qüvvələri Ukraynada sürətlə irəliləyirlər, 2024-cü ilin əvvəlindən bəri görünməmiş templə əraziləri ələ keçirirlər".
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Bild"də nəşr olunan məqalədə vurğulanıb.
Bildirilir ki, təkcə ötən həftə Rusiya Silahlı Qüvvələri Ukraynanın 235 kvadrat kilometr torpağını nəzarətə götürüb. O da qeyd olunur ki, rusiyalı hərbçilər Ukraynanın cənubunda, Velika Novoselka qəsəbəsi rayonunda xüsusilə aktivdirlər.
Yeri gəlmişkən, "DeepState" layihəsinin məlumatlarına görə, ümumilikdə noyabrın əvvəlindən Rusiya ordusu Ukraynada təxminən 600 kvadrat kilometr ərazi tutublar. Bu, Ukraynanın oktyabr ayında ələ keçirilən ərazisindən 100 kvadrat kilometr çoxdur (490 kvadrat kilometr).