RU

Fransa klubu Bakıya 23 futbolçu ilə gəlir

Avropa Liqasında “Qarabağ”la qarşılaşacaq Fransanın “Olimpik” (Lion) klubu Bakıya 23 futbolçu ilə gəlir.

Futbolinfo.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Onlardan 3-ü qapıçı, 7-si müdafiəçi, 6-sı yarımmüdafiəçi, 7-si hücumçudur.

Qapıçılar: Jüsten Benqi Juan, Remi Deşam, Lukas Perri;

Müdafiəçilər: Abner Vinisius, Due Çaleta-Tsar, Sael Kembedi, Klinton Mata, Mussa Niakate, Varmed Omari, Nikolas Talyafiko;

Yarımmüdafiəçilər: Maksans Kakre, Enzli Meytlend-Naylz, Nemanya Matiç, Tanner Tessmann, Korenten Tolisso, Jordan Veretu;

Hücumçular: Said Benrahma, Rayan Şerki, Malik Fofana, Aleksandr Lyakazett, Jorj Mikautadze, Enzo Molebe, Ernest Nuama.

Avroliqanın Liqa mərhələsinin 5-ci turunun noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil ediləcək bu oyun saat 21:45-də start götürəcək.

Избранный
16
12
futbolinfo.az

10Источники