RU

Azərbaycanın direktorsuz MƏKTƏBLƏRİ

Azərbaycanda direktoru olmayan məktəblərin sayı barədə rəsmi məlumat olmasa da, paytaxt Bakıda, eləcə də bir çox bölgələrdə hələ də bəzi məktəblər direktorsuz fəaliyyət göstərir. Təhsil müəssələrində direktorun olmaması isə özü ilə birlikdə bir sıra inzibati işlərin həyata keçirilməsini ləngidə bilər. 

 

Məktəbəqədər və Ümumi Təhsi üzrə Dövlət Agentliyindən Modern.az-a bildirilib ki, hansı məktəbdə müddətsiz müqavilə ilə işləyən direktor yoxdursa, bu vəzifə məktəbin direktor müavini tərəfindən yeni direktor təyin olunanadək icra olunur. 

 

Məktəblərdə direktor vəzifəsinin boş qalması inzibati problemlərlə yanaşı təhsil müəssəsindən alınan müvafiq sənədlərin vaxtı-vaxtında alınmasını mümkünsüz hala gətirir. Belə ki, əsasən buraxılış və qəbul imtahanları ərəfəsində məktəblərdən verilən arayışlarda yaşanan gecikmələr problemlərə səbəb ola bilər. Qurumdan sözügedən mövzu ilə bağlı bildirilib ki, məktəb tərəfindən verilən arayışı direktor, əgər bu vəzifəni yerinə yetirən şəxs yoxdursa, direktor vəzifəsini müvəqqəti icra edən şəxs imzalayır.

 

"Arayışların alınması ilə bağlı hansısa xüsusi hal yaşanarsa, vətəndaşlar təhsil müəssisəsinin yerləşdiyi rayon üzrə müvafiq təhsil sektoruna müraciət edə bilərlər".

Избранный
15
modern.az

1Источники