RU

Orxan Pamukun məşhur əsəri ekranlaşdırılır


Tanınmış türkiyəli yazıçı, Nobel mükafatı laureatı Orxan Pamukun "Masumiyyət Muzeyi" adlı romanı seriala çevrilir.

Bakupost.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə aktyor Ercan Kesal bildirib.

O, Orxan Pamukun romanı əsasında çəkiləcək serial haqqında bunları deyib: ""Masumiyyət Muzeyi" 9 bölümdən ibarət yaxşı bir iş olacaq. Çox yaxşı bir ssenari yazılıb, böyük əmək sərf edilib. Kitabın müəllifi də serialda oynayır".

Serialda baş rolları Səlahəddin Paşalı və Eylül Lizə Kandemirli oynayır. Hazırda çəkilişlər davam edir.

Rəhman, BakuPost
Избранный
26
bakupost.az

1Источники