RU

1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq?

“Yeni məktəbəqədər və orta təhsil müəssisələri inşa edilməlidir”. 



Bunu deputat Ceyhun Məmmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı bildirib. Millət vəkili bildirib ki, əksər ərazilərdə ciddi şagird sıxlığı var. Rəsmi açıqlamalara əsasən, xərclərin optimallaşdırılması məqsədilə təxminən 4400 məktəbdən 1500 məktəbin bağlanılması planlaşdırılır: 



“Düşünürəm, məktəb həm də ideoloji və mədəni məsələdir". 



Qeyd edək ki, bu gün şagird sıxlığının olduğu bir şəraitdə daha çox məktəbə ehtiyac var. Belə bir məqamda 1500 məktəbin bağlanma ehtimalı necə dəyərləndirilir? 



Referans.az" target="_blank">Referans.az xəbərinə görə , təhsil məsələləri üzrə ekspert Məzahir Məmmədli "Cebheinfo.az"-a bildirib ki, Nazirlər Kabineti tərəfindən qəbul olunmuş qərarla, Elm və Təhsil Nazirliyi bu məsələlərlə bağlı xüsusi istiqamətli plan hazırlayır: 




"Elə düşünülməsin ki, 1500 məktəbin bağlanması ümumtəhsil məktəblərinin birucdan bağlanması anlamına gəlir. Bu, sadəcə ucqar dağ kəndlərində şagird sayı 15-20-50-dək olanlardır. O məktəblərin bəziləri onlar üçün xüsusi nəqliyyat ayrılmaq şərtilə yaxınlıqda olan məktəblərə birləşdirilir. Binanı saxlamaq xərcləri, işığı, isitmə sistemini nəzərə alıb digər böyük məktəbə köçürməklə bu kimi halların qarşısını almaq istəyirlər. Yəni, məqsəd ancaq budur. Bu, 1500 məktəbin hamısının eyni vaxtda bağlanması kimi anlaşılmamalıdır”. 



Ekspert bildirib ki, təxminən bir il bundan əvvəl regional idarələrə məsələnin rentabelliyinin yoxlanılması tapşırılıb:



“O məktəblərin ki, şagird sayı müəyyən olunmuş standartların altındadır. 

Onların digər məktəblərə köçürülməsi ilə bağlı nəqliyyatın ayrılması şərti ilə bağlı bir təşəbbüs var ki, həmin şagirdlərin o məktəblərə daşıma problemi də olmasın". 

Избранный
37
3
referans.az

4Источники