RU

Siyasi mübarizə üsullarını dolğun-düzgün təyin etmək lazımdır


Siyasi mübarizə üsullarını dolğun-düzgün təyin etmək, seçmək siyasi uğurların bünövrəsi üçün vacib elementlərdən sayılır. Adındanda göründüyü kimi, sosial elm olan-Siyasət: sosial sahəni dərindən bilmək, sosialogiyanı mənimsəmək , poletologiyanı öyrənmək, formalaşmış xarakteri möhkəmləndirməkdən ibarət bir elmdir. Bütün bunlar insanın resurslarından aslıdır. Fərdlər arasında güc münasibətlərini düzgün tənzimləmək və bütün bu sadaladıqlarımın hamısını özündə cəmləşdirmək hər fərd üçün asand olmur. Çünki, burda əvvəlldən yuxarıda qeyd etdiyim kimi mütləq xarakter olmalıdır. Və bu xarakterə malik olmayanların siyasətdə taleyi bəllidir.
Siyasətdə olmağın məqsədi bütövlükdə cəmiyyət üçün, dövlət üçün məqbul olan hakimiyyət formalaşdırmaq, kənardan olan müdaxilələri düzgün analiz edib şəraitə və əldə olan imkanlara uyğun üsullardan istifadə edərək, milli təhlükəsizliyimizə olan təhdidlərin qarşısını almaqdır. Bunlar sözdə yox, əməllərdə, reallda həyata keçirilməlidir.
Biz bu mərhələlərin şahidi olduq, o anları yaşadıq. Bizim artıq etibarlı, qətiyyətli bir dövlətimiz, idarəçilik sistemimiz qurulub və bu sistemi inkişaf etdirib, daha da gücləndirmək bütövlükdə hər bir vicdanlı vətəndaşın borcudur.
Bu gün bu yaranan təhlükəsizlik sisteminin məhv olması üçün çalışan qüvvələr, bu ölkəyə düşmənçilik edənlərdir. Xarici düşmənləri anladıq, onlar ölkəmizi sevmir, bəs daxildəki köstəbəklər niyə bu prosesin iştrakçısına çevrilib? Maraqlı olan budur... niyə maraqlıdır.. çünki özlərini vətəni sevənlər kimi aparırlar. Uğursuz siyasi cəhdlərinin hamısını bu dövlətə qarşı çeviriblər. Yalnız bu ölkənin, bu dövlətin, bu hakimiyyətin hər bir uğurunu öz uğurum, öz nailiyyətim sayıram. Çünki bu ölkə mənim ölkəmdir, bizim ölkəmizdir, burda yaşayıb yaradanların ölkəsidir. Və uğurlarını bu torpaqlarda, bu məmləkətdə bizə miras qoyulan bütün dəyərləri və adət-ənənələri biz qorumalıyıq. O miraslar dədə-babalarımızdan bizlər üçün qoyulub. Keçmişi qətiyyən unutmaq olmaz və o keçmişə görə gələcəyimizi biz qurmuşuq. Bu hissi olanlar üçün milli mənlik, milli qürur məsələsidir.
Kifayət qədər problemlərimiz var və onları dövlətdə təmsil olunan müəyyən yaramazlar yaradır, layiqli cavabınıda alır. Bundan sonra bu insanlara qarşı daha sərt, daha çevik yanaşma lazımdır.
Bu gün bu səviyyəyə gətirdiyimiz ölkəyə xor baxanlar, zəiflətməyə çalışanlar dərk etsinlər ki, bu heçdə asan başa gəlməyib. Bunun təhlükəsizlik konsepsiyası üçün xərclənən maddi sərmayelər, vəsaitlər, insan resursu, şəhidlərimizin qanı, qazilərimizin canı hesabına bu zəfər bu qələbəni, bu vətəni biz qazandıq. Bunu küçümsəyənlər mütləq layiqli cəzalarını almalıdırlar.
Bu gün bir partiyasının iclasını keçirə bilməyənlər, siyasi təşkilatının heç bir qurumunu bir araya gətirməyi bacarmayanlar, təşkilatçılıq qabiliyyətini itirənlər mötəbər tədbirlərin uğursuzluğundan danışırlar. Belə tədbirlər Azərbaycanda çox keçirilib və hamısıda qarşıya qoyulan məqsəd və nəticələrə nail olub. Sizin bu səviyyəyə qalxıb, ondan danışmağınız belə günahdır.
Təsəvvür edin ki, əvvəl tədbirin alınmaması üçün çalışırlar, bu istəkləri alınmır, daha sonra xaricdən dəstək istəyirlər ki, baykot edin, qoymayın tədbir uğurlu keçsin, təbii ki, o cəhdləridə alınmır. Tədbirin mahiyyyətini kiçiltmək üçün boşbağazlığa başdayırlar, o da alınmır. Sonda siyasi məhbus kartı ilə tədbirə ləkə vurmağa çalışırlar və oda alınmayanda başlayırlar deməyə ki, biz xalqın dediyini deyirik. Sizlərə sadəcə ayıb olsun!
Allah şəhidlərimizə rəhmət eləsin, biz sizi heçvaxt unutmayacağıq. Qazilərimizədə Allahdan şəfa diləyirəm.

Ramil Hüseynov
Избранный
36
newscenter.az

1Источники