Milli Məclisin bu gün keçirilən plenar iclasında 2025-ci il büdcəsinin müzakirəsi davam edib.
XALQ.AZ xəbər verir ki, büdcə zərfinin müzakirəsi zamanı çıxış edən millət vəkili Razi Nurullayev əhalinin problemlərini səsdləndirib hökumət qarşısında kənd əhalisinin narahat edən məsələri qaldıraraq həllini təklif edib.
Millət vəkili çıxışı zamanı qeyd edib ki, Baş nazirdən xahiş edirəm ki,bu ilin büdcəsində 20-25 kəndin pilot layihə kimi inkişafı ilə bağlı vəsait ayrılsın. Kənd elə məkana çevrilməlidir ki, heç kim kənd kimi gözəl yeri qoyub şəhərə gəlmək istəməsin deyə Razi Nurullayev bildirib.