RU

Məhkəmə Quranı yandırmış şəxs barəsində hökm verib

Məhkəmə

İslam dininin müqəddəs kitabı "Qurani-Kərim"-i yandırmaqda təqsirli bilinən Rusiya vətəndaşı Nikita Juravelyu yeni cəza alıb. O, "dövlətə xəyanət" ittihamı ilə 13 il yarım, ümumilikdə isə 14 il həbsdə qalacaq.

Reyting.az
Rusiya KİV-lərinə istinadla bildirir ki, Volqoqrad məhkəməsi Nikita Juravelyu barəsində "dövlətə xəyanət" (Cinayət Məcəlləsinin 275-ci maddəsi) ittihamı ilə 13 il 6 ay müddətinə cəzasını ciddi rejimlihəbsxanada çəkməklə hökm çıxarıb.

Xatırladaq ki, 2024-cü ilin fevral ayının əvvəlində Çeçenistanın Qroznı Şəhər Məhkəməsi Nikita Juravelyunu Quranı yandırması ilə bağlı cinayət işi üzrə təqsirli bilməklə, 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmişdi.

KİV-lər yazır ki, cinayətlərin məcmusuna əsaslanmaqla və birinci halda çəkilməmiş cəzanı nəzərə almaqla, Juravelyu 14 il həbsdə qalacaq. Bundan əlavə, həm də məhkum cəzasını çəkdikdən sonra bir il ərzində azadlığının məhdudlaşdırılmasına məhkum edilib.

Qeyd edək ki, N. Juravelyu 2023-cü ilin may ayında saxlanılıb. İstintaqın məlumatına görə, o, Ukraynanın xüsusi xidmət orqanlarının göstərişi ilə Volqoqradda fəaliyyət göstərən Katedral məscidinin qarşısında müqəddəs kitabı yandırıb, bundan sonra hərəkətlərinin videoyazısını Ukrayna zabitinə təhvil verib. İşin istintaqı demək olar ki, dərhal Çeçenistana təhvil verilib. Eyni zamanda məhkum N. Juravelyu Qroznı istintaq təcridxanasına köçürülüb.

2024-cü il fevral ayının sonunda Qroznı Visaitovski Məhkəməsi N. Juravelyu 3 il yarım müddətinə azadlıqdan məhrum edib. 20 yaşlı Rusiya vətəndaşı dindarların inanc hisslərini təhqir etmə (Cinayət Məcəlləsinin 148-ci maddəsinin 2-ci hissəsi), həmçinin dini ədavət zəminində xuliqanlıq törətməklə, Rusiya Cinayət Məcəlləsinin 213-cü maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinib.

N. Juravelyu birinci ittiham üzrə, yəni Quranı məscidin önündə yandırdığına görə təqsirini etiraf edib. Lakin Rusiya vətəndaşı kimi Ukraynaya casusluq etməsi haqqında ona qarşı irəli sürülən ikinci ağır ittihamı rədd edib.

N. Juravelyu barəsində məhkəmənin hökmü dəyişməz qalıb. Bu şəxs İslam dinini təhqir etdiyinə görə, həm də rusiyalı kimi Ukrayna leyhinə casusluqda ittihamı olunduğundan cəzasının 13 il 6 ayını həbsxanada çəkməklə, ümumilikdə 14 il həbsə məhkum olunub.

Oqtay QORÇU
Избранный
16
reyting.az

1Источники