RU

Rusiya - Azərbaycan oyunları üçün tacik hakimlər

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin Soçidə Rusiya yığması ilə keçirəcəyi yoxlama görüşlərinin hakimləri müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, hər iki oyunu Tacikistandan olan eyni hakimlər briqadası idarə edəcək. Belə ki, qarşılaşmalarda Nodira Mirzoyeva ədaləti qoruyacaq. Baş hakimin köməkçiləri Dilşoda Rahmonova və Farhod Kuralov olacaqlar. Dördüncü hakim funksiyasını Anastasiya Ponomaryova yerinə yetirəcək.

Azərbaycan və Rusiya yığmaları arasında ilk yoxlama oyunu noyabrın 28-də FİŞT Olimpiya Stadionunda keçiriləcək. İkinci görüş isə dekabrın 2-də “Soçi” klubunun məşq bazasında baş tutacaq. Hər iki oyuna Bakı vaxtı ilə saat 18:00-da start veriləcək.

Избранный
16
1
arena.az

10Источники