Türkiyə hava limanlarında pasport nəzarəti üçün istifadə edilən POLNET polis sisteminin nasazlığı səbəbindən problem yaranıb.
Bu barədə türk KİV-ləri məlumat yayıb.
Məlumata görə, noyabrın 26-da minlərlə sərnişinin pasport nəzarətindən keçə bilmədiyi və bu səbəbdən hava limanlarında uzun növbələrin yarandığı bildirilir. Antalya və İstanbul hava limanlarından uçuşlar 30-40 dəqiqə, hətta bir saat gecikib.
Qeyd edilir ki, problemlə bağlı sərnişinlərə səsgücləndirici vasitəsilə məlumat verilib. Bir müddət sonra nasazlıq aradan qaldırılıb./Teleqraf.com
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта