RU

Şamaxıda avtomobil yolu çökdü

Son günlər yağan yağışlar səbəbindən Şamaxıda sürüşmə zonaları aktivləşib.

"Hurriyyet.az" "Report"a istinadla xəbər verir ki, uzunluğu 16 kilometr olan Çuxuryurd-Sis-Qaleybuğurd-Keçməddin-Qaladərəsi avtomobil yolunda çökmə baş verib.

Yolun bir neçə hissəsi dağılıb, asfalt örtüyündə çökmələr və yolun ortasında iri çatlar əmələ gəlib. Dörd kəndi birləşdirən, turizm əhəmiyyətli bu yolda üçüncü dəfədir ki, torpaq sürüşməsi baş verir.

Yolun bəzi hissələrində hərəkət zolağı dərəyə doğru sürüşərək dağılıb, yolda 4-5 metr uzunluğunda iri və xırda çatlar əmələ gəlib. Yolun digər tərəfində isə asfalt örtüyü dağılaraq, iri qabarmalar yaranıb.

Sis kəndinə gedən avtomobil yolu da sürüşməyə məruz qalıb. Yolun bir hissəsinin uçması səbəbindən kəndə gediş-gəliş çətinləşib.

19 saylı xüsusi təyinatlı yol istismar MMC-nin baş mühəndisi Kənan Babaşovun sozlərinə görə, hava şəraiti sabitləşəndən sonra ziyan dəymiş ərazilərdə təmir-bərpa işləri görüləcək.

Qeyd edək ki, sürüşmə baş verən ərazi rayon mərkəzindən 22 km aralı məsafədə yerləşir.

Избранный
7
16
hurriyyet.az

10Источники