2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan ilə türk dövlətləri arasında ticarət dövriyyəsi 6,1 milyard ABŞ dollarına çatıb.
Fins.az xəbər verir ki, bu barədə AZPROMO-nun icraçı direktorunun müşaviri Sevil Yəhyayeva "Turan E-Trade & E-Export" forumunda məlumat verib.
Sevil Yəhyayeva qeyd edib ki, cari ilin ilk 10 ayında Azərbaycandan türk ölkələrinə ixrac da artaraq 3,5 milyard ABŞ dollarına yüksəlib.