RU

Ceylan MMC işçi axtarır - MAAŞ 1000 MANAT - VAKANSİYA

Ceylan MMC

Mühasib

 Son tarix 26 dek 2024 - [email protected]

Vəzifə öhdəlikləri:

  • Şirkətin gündəlik maliyyə əməliyyatlarının icra olunması
  • Daxil olan elektron qaimə fakturaların doğruluğunu yoxlamaq
  • Bank əməliyyatlarının həyata keçirilməsi
  • Debitor borclara nəzarət.
  • Aylıq əmək haqqı, məzuniyyət, ezamiyyət, xəstəlik vərəqələri ilə bağlı müavinətlərin hesablanması və ödənilməsi;
  • Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
  • E-Qaimə fakturalarını vergi qanunvericiliyinə uyğun dəqiq işləmək bacarığı
  • İşgüzar yazışmaların aparılması
  • Vergi sahəsi ilə bağlı əməliyyatlar
  • Ofis proqram bilikləri (xüsusilə Excell) və Micro
  • Vergi Məcəlləsi üzrə biliklər
  • e-taxes.gov.az və digər E-portallardan istifadə etmək bacarığı
  • Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
  • Şirkət rəhbərliyinə digər müvafiq maliyyə hesabatlarının hazırlanması
  • Azərbaycan Respublikası Əmək Məcəlləsi və Vergi Məcəlləsi ilə işləmək
  • e-gov.az portalından istifadə etmə bacarığı.

Şərtlər:

  • Ali təhsil;
  • Analitik təhlil,strateji düşünmə,statistik və riyazi biliklər
  • Avis (vergi) sistemində işləmə bacarığı

İş şəraiti:

  • Əmək haqqı: 1000 AZN (net)
  • İş qrafiki: Bazar ertəsi – Cümə 09:00 -18:00
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi.
  • İş yeri : Ceylan MMC
  • Ünvan: Babək plaza

Müraciət qaydası: Qeyd edilmiş elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını “Mühasib” yazıb, əlavədə CV (PDF formada) göndərməklə müraciət edə bilərsiniz.

Избранный
18
fed.az

1Источники