RU

“KAAN-ı görüb “F-35”ləri vermək qərarına gəliblər”

“ABŞ-yə təhvil verilməyən “F-35” qırıcılarının qəbulu üçün yenidən sorğu göndərmişik”.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib.

“Orada 6 ədəd “F-35” qırıcımız var. İndi KAAN-ı (red-Türkiyənin yeni nəsil döyüş təyyarəsi) görüb “F-35”ləri vermək qərarına gəliblər. Deyirlər ki, fikirləri dəyişib. Bu, Türkiyənin “F-35” proqramının statusu və gələcək imkanları ilə bağlı mövqeyinə təsir edə bilər”, - Yaşar Gülər qeyd edib.

Nazir onu da deyib ki, Türkiyənin müdafiə sənayesindəki irəliləyişləri onun ABŞ ilə münasibətlərinə də fərqli yol aça bilər.

Избранный
53
1
qafqazinfo.az

2Источники