RU

Azərbaycanla iki ölkə arasında viza rejimi qismən ləğv olunur

Azərbaycanla Səudiyyə Ərəbistanı Krallığı və İndoneziya arasında viza rejimi qismən ləğv olunur.

Bununla bağlı müvafiq qanun layihələri Milli Məclisin noyabrın 29-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Belə ki, iclasın gündəliyinə "Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin qısamüddətli vizadan qarşılıqlı azad edilməsi haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə və "Azərbaycan Respublikası Hökuməti ilə İndoneziya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportların sahiblərinin vizadan azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi haqqında qanun layihələri daxil edilib.

Qeyd edək ki, hər iki dövlətin vətəndaşları üçün Azərbaycan tərəfindən sadələşdirilmiş viza rejimi tətbiq edilirdi. \\Report

Избранный
5
20
hurriyyet.az

10Источники