RU

Netanyahu Livanda atəşkəs planını hökumətin müzakirəsinə təqdim etmək qərarına gəlib

İsrailin baş naziri Benyamin Netanyahu televiziyadan müraciəti zamanı Livanda atəşkəs planını ölkənin hərbi-siyasi kabinetinin müzakirəsinə təqdim etmək qərarına gəldiyini deyib. 

Missiya.Az APA-ya istinadən xəbər verir ki, Netanyahu atəşkəsin müddətinin hadisələrin gedişatından asılı olacağını, İsrailin “Hizbullah”ın hücum edəcəyi təqdirdə cavab vermək hüququnu özündə saxladığını deyib. “Bu axşam mən Nazirlər Kabinetinə Livanda atəşkəs planını təqdim edirəm. Bu atəşkəsin müddəti baş verəcək hadisələrdən asılıdır. Birləşmiş Ştatlarla tam əməkdaşlıq edərək, biz tam hərbi fəaliyyət azadlığını saxlayırıq. “Hizbullah” razılaşmaları pozarsa və silahlanmağa çalışarsa, hücum edəcəyik. Əgər “Hizbullah” sərhədimiz yaxınlığında terror fəaliyyətlərini bərpa etməyə və ya raket atmağa cəhd etsə, hücum edəcəyik”, - baş nazir bildirib. 

Netanyahu “Hizbullah”ın heç vaxt əvvəlki kimi olmayacağını vurğulayaraq sözlərinə belə davam edib: “Biz onları onilliklərlə geriyə salmışıq. Əsəd də odla oynadığını başa düşməlidir. Müharibə, məqsədlərinə çatana və şimal yaşayış məntəqələrinin sakinləri öz evlərinə qayıtmayana qədər bitməyəcək”. Netanyahunun sözlərinə görə, İsrail müqaviləyə ciddi şəkildə əməl edəcək və istənilən pozuntuya sərt reaksiya verəcək. Hökumət başçısı hazırda atəşkəsə razılıq vermək qərarını üç əsas mülahizə ilə izah edib; İran təhlükəsinə diqqətdə saxlamaq, ölkənin silah təchizatını artırmaq və qüvvələri bərpa etmək, HƏMAS-ı təcrid etmək. Netanyahu əməliyyatlar sayəsində “Hizbullah”ın baş katibi Həsən Nəsrullahı, təşkilatın liderlərini, silahlarının çoxunu, minlərlə döyüşçüsünü və əsas infrastrukturunu məhv etdiklərini qeyd edib. “Çoxları bizim qətiyyətimizə şübhə edir, amma sizə xatırladıram, biz gücümüzü və öhdəliyimizi artıq sübut etmişik. Dediyim kimi, yaxşı razılaşma onunla əməl olunan razılaşmadır və biz ona əməl edəcəyik", - Netanyahu bildirib.

Избранный
32
6
missiya.az

10Источники