RU

İranda baş verən zəlzələ Ordubadda hiss olunub

İran ərazisində baş verən zəlzələ Azərbaycanın Ordubad şəhərində də hiss edilib.

Day.Az xəbər verir ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ yerli vaxtla saat 20:50-də Ordubad stansiyasından 50 kilometr cənub-şərqdə qeydə alınıb. Yeraltı təkanların maqnitudası 4,4 olub, zəlzələnin ocağı isə 4 kilometr dərinlikdə yerləşib.

Ordubad şəhərində zəlzələ 3 bala qədər hiss olunub. Hadisə ilə bağlı hər hansı ciddi ziyan və ya insan tələfatı barədə məlumat verilməyib.

Избранный
8
7
day.az

8Источники