Sabiq baş nazir Pənah Hüseynin rəhbərlik etdiyi Azərbaycan Xalq Partiyasına dövlətdən maliyyə vəsaiti ayrılıb.
Mia.az-ın məlumatına görə, bu barədə Modern.az-ın partiya sədrinin özü məlumat verib.
"Qanuna uyğun olaraq bir il üçün səhv etmirəmsə, 3400 manat ayrılıb. Hələki bu vəsait partiyanın hesabına köçməyib. Yəqin ki, Maliyyə Nazirliyi bu barədə məlumat verəcək", - Pənah Hüseyn bildirib.