Müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetində (AzTU) olub.
Müdafiə Sənayesi Nazirliyinin Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, rektor Vilayət Vəliyev əmək bazarının tələblərinə uyğun yüksəkixtisaslı mühəndis kadr hazırlığı istiqamətində AzTU-da müasir tədris və təhsilin təşkili ilə əlaqədar görülən işlər barədə ətraflı məlumat verib.
Nazir müavini Hidayət Əzimov müdafiə sənayesi sahəsində ixtisaslı kadr hazırlığı, mütəxəssislərin təkmilləşdirilməsi və innovativ mühəndisliyin inkişaf etdirilməsi ilə bağlı fikirlərini diqqətə çatdırıb. O, Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeli müəssisələri ilə AzTU arasında səmərəli əməkdaşlıq əlaqələrinin mövcud olduğunu qeyd edərək, tələbələrin nəzəri biliklərinin təcrübə əsasında möhkəmləndirilməsi üçün Nazirlik tərəfindən əlverişli şəraitin yaradıldığını bildirib.
Görüşdən sonra MSN-in nümayəndə heyəti AzTU-nun laboratoriyaları, emalatxanaları, layihələrin icra olunduğu təcrübi-tədris otaqları və KOB model müəssisəsi ilə tanış olub.
Daha sonra H.Əzimov ölkəmizin müdafiə sənayesi kompleksi üçün yüksəkixtisaslı kadrların hazırlanması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı əsasında AzTU-da yaradılan Xüsusi texnika və texnologiya fakültəsində təhsil alan bir qrup tələbə ilə görüşüb. Nazir müavini Azərbaycan dövləti tərəfindən ölkəmizin müdafiə sənayesinin davamlı inkisafına göstərilən diqqəti vurğulayıb. O, müasir hərbi məhsulların istehsalında əldə edilmiş nailiyyətlər haqqında danışıb, müdafiə sənayesi üçün zəruri ixtisaslarda peşkar kadr hazırlığı işinin daha da təkmilləşdirilməsi üzrə MSN tərəfindən aparılan məqsədyönlü fəaliyyət barədə məlumat verib.
#gallery-1 {
margin: auto;
}
#gallery-1 .gallery-item {
float: left;
margin-top: 10px;
text-align: center;
width: 100%;
}
#gallery-1 img {
border: 2px solid #cfcfcf;
}
#gallery-1 .gallery-caption {
margin-left: 0;
}
/* see gallery_shortcode() in wp-includes/media.php */