RU

17 yaşlı qız donuzlar tərəfindən parçalanaraq öldürüldü

17 yaşlı qız donuzlar tərəfindən parçalanaraq öldürüldüRusiyanın Krasnoyarsk vilayətində yaşayan 17 yaşlı Milena Şevelyova adlı gənc qız donuzlar tərəfindən parçalanaraq öldürülüb.

News24.az Sonxeber.az-a istinadən xəbər verir ki, 17 yaşlı Milena Şevelyova valideynləri şəhərdə olarkən heyvanları yemləmək üçün tövləyə gedib. Ona ilk olaraq tövlədə donuz hücum edib. Bundan sonra Şevelyova huşunu itirib və bu zaman tövlədəki bütün heyvanlar onun üzərinə hücum edib.

Valideynləri Şevolyova ilə telefonla əlaqə saxlaya bilmədiyi üçün dostundan onu yoxlamasını istəyib. Dostu onların evinə gedəndə tövlədə 17 yaşlı qızın meyitini tapıb.

Bad News Telegram kanalından verilən xəbərdə Şevelyovanın hücum zamanı bud damarının partlaması nəticəsində qan itkisindən öldüyü bildirilib.


Избранный
47
news24.az

1Источники