RU

ABŞ-ın Böyük Britaniyadakı hərbi bazaları naməlum dron təhdidinə qarşı qoşunlarla gücləndirilib

Bakı. Trend:

ABŞ-ın Böyük Britaniyadakı bir neçə hərbi bazası yaxınlığındanaməlum dronların uçuşları qeydə alınıb.

Trend xəbər verirki, bu barədə “The Telegraph” qəzeti hərbi mənbələrə istinadənxəbər yayıb.

Təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün Kral Hərbi HavaQüvvələrinin (RAF) təhlükəsizlik üzrə ixtisaslaşmış personalıbazalara yerləşdirilib.

Son bir həftə ərzində üç bazanın yaxınlığında naməlum dronlarınmüşahidə olunması ABŞ və Böyük Britaniya hərbi qüvvələrini birgətədbirlər görməyə vadar edib.

Böyük Britaniya hərbçiləri hava məkanını qorumaq üçün dronəleyhinə “Orcus” sistemindən istifadə edəcəklər. Bu sistem pilotsuzuçuş aparatlarını aşkar etmək, izləmək, tanımaq və lazım gəldikdəzərərsizləşdirmək funksiyasına malikdir.

Eyni zamanda, ABŞ Hərbi Hava Qüvvələri də baza üzərində havaməkanının monitorinqini davam etdirəcəyini açıqlayıb.

Избранный
30
az.trend.az

1Источники