RU

Holand ÇL-də heç bir futbolçunun bacarmadığını etdi

Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda evdə "Feyenoord" ilə 3:3 hesablı heç-heçəyə razılaşan "Mançester Siti"nin hücumçusu Erlinq Holand ÇL tarixində heç bir futbolçunun bacarmadığını edib.

Fanat.Az xəbər verir ki, görüşün ilk yarısında rəqib qapısına penaltidən yol tapan norveçli forvard bu turnirdə 50 məhsuldar göstərici həddinə (45 qol və 5 məhsuldar ötürmə) hamıdan tez çatan oyunçu olub.

Erlinq 44-cü ÇL matçında "Mançester Yunayted"in sabiq hücumçusu Rud van Nistelroyun rekordunu qırıb. Niderlandlıya hesabına 50 məhsuldar göstərici yazdırmaq üçün 45 oyun lazım olmuşdu. 

Holand qarşılaşmanın 53 dəqiqəsində dublunu rəsmiləşdirib. "Şəhərlilər"in digər qoluna 50-ci dəqiqədə İlkay Gündoğan imza atıb. 1 xalı 3 topluq fərqi aradan qaldıraraq qazanan qonaqların heyətində Anis Hac Mussa (75), Santyaqo Ximenes (82) və David Qantsko (89) fərqlənib.

Nihat

Избранный
2
fanat.az

1Источники