RU

Təcili yardım adam vurub öldürdü

Gəncə yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az bildirir ki, 1989-cu il təvəllüdlü, Daşkəsən RMX-da sürücü işləyən, Göygöl rayonu Üçtəpə kənd sakini Allahverdiyev Ruslan Rafayəddin oğlu idarə etdiyi "Mercedes Vito" markalı təcili tibbi yardım avtomobili ilə Gəncə şəhəri Totanlı küçəsində hərəkətdə olarkən, yolu keçmək istəyən piyada, 1966-cı il təvəllüdlü Verdiyev Əzim Namaz oğlunu ehtiyyatsızlıqdan vurmuş, nəticədə sonuncu aldığı bədən xəsarətlərindən xəstəxanada vəfat etmişdir.

Faktla bağlı Gəncə ŞBPİ-nin İTİ-də Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

Milli.Az

Избранный
13
milli.az

1Источники