RU

Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb

Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyası fəaliyyətini dayandırıb.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, federasiya fəaliyyətini dayandırıb və ləğv olunub. Eyni zamanda, muxtar respublikada Azərbaycan Karate Federasiyanın nümayəndəliyi yaradılıb. Nümayəndəliyin rəhbəri isə Nəriman Quliyev təyin edilib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyası 2002-ci il mart ayının 15-də yaradılmışdır.

Избранный
32
15
apa.az

10Источники