Bu gün UEFA Konfrans Liqasında 4-cü tur start götürəcək.
QOL.az xəbər verir ki, ilk oyun günündə 1 matç keçiriləcək.
Türkiyə “Başakşehir”i “Petrokub”la (Moldova) qarşılaşacaq. "Başakşehir Fatih Terim" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
Matçı Kosovodan olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, bu turun digər oyunları sabah keçiriləcək.
UEFA Konfrans Liqası, 4-cü tur
27 noyabr
19:30. "Başakşehir" (Türkiyə) – "Petrokub" (Moldova)
Baş hakim: Genc Nuza (Kosovo)
"Başakşehir Fatih Terim" stadionu.