RU

Qvardiola: “Baş verənləri unudub, irəli baxmaq istəyirik, amma…”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola UEFA Çempionlar Liqasında “Feyenoord”la oyunu şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 3:3 hesabıyla bitən görüşlə bağlı bunları deyib:

“Üç qol buraxana qədər yaxşı oynadıq. Önə keçdikdən sonra komanda qeyri-sabit oyun nümayiş etdirdi. Son vaxtlar çox xallar itiririr. Vəziyyətin psixoloji olub-olmadığını bilmirəm. Baş verənləri unudub, irəli baxmaq istəyirik, amma qələbələr gəlmir. Vəziyyət belədir, yaxşı oynasaq da, yekun istədiyimiz kimi deyil. Çox çalışmalı və növbəti oyunda bu seriyaya son qoymalıyıq”.

“Mançester Siti” bütün turnirlər daxil olmaqla son 6 oyunda 5 dəfə uduzub, 1 heç-heçə edib.

Избранный
22
50
futbolpress.az

10Источники