RU

Qazaxıstan Putinin səfərinə görə hərbi aviasiyanı səfərbər edir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Qazaxıstan paytaxtı Astanada Rusiya Prezidenti Vladimir Putinin səfəri ilə bağlı hərbi aviasiya və zirehli texnikanın istifadəsi də daxil olmaqla, gücləndirilmiş təhlükəsizlik tədbirləri tətbiq edilib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Astana şəhər administrasiyasının saytında məlumat verilib.
Məlumata görə, Qazaxıstanın paytaxtında tətbiq edilən tədbirlər xüsusi dövlət, hüquq-mühafizə orqanlarının və respublikanın silahlı qüvvələrinin resurslarından, o cümlədən hərbi aviasiya və texnikadan istifadəni nəzərdə tutur. Noyabrın 27-də Qazaxıstan Müdafiə Nazirliyinin cəbhə aviasiyasının Astana üzərində uçuşı planlaşdırılıb.
Bundan başqa, noyabrın 28-də Astana küçələrinin bəzi hissələrində avtomobillərin hərəkətinə müvəqqəti məhdudiyyətlər qoyulacaq.
Qeyd edək ki, Vladimir Putin noyabrın 27-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə ölkəyə səfər edəcək. Ölkə liderləri ikitərəfli danışıqlar aparacaqlar. Onlar, həmçinin, Qazaxıstan və Rusiyanın XX Regionlararası Əməkdaşlıq Forumunda videokonfrans vasitəsilə iştirak edəcəklər.
Noyabrın 28-də Qazaxıstan prezidentinin sədrliyi ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının iclası keçiriləcək ki, iclasda Rusiya lideri də iştirak edəcək. Ölkələrin nümayəndə heyətləri regional və beynəlxalq təhlükəsizliyin aktual məsələlərini müzakirə edəcəklər. İclasın yekunu üzrə bir sıra sənədlər qəbul olunacaq.
Избранный
26
28
oxu.az

10Источники